Logo

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

14.05.2025 15:01 35 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili ilə bağlı monitorinqlər davam edir. 

ARTİ-dən TƏHSİL.BİZ -ə verilən məlumata görə, növbəti monitorinqlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 12, 14, 75, 111, 182, 187, 234, 255, 295, 297,307, 336 nömrəli tam orta məktəblərdə, Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Cəlilabad şəhər R.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə və Masallı rayon Böyük Kolatan kənd tam orta məktəbində həyata keçirilib.

Monitorinq çərçivəsində həmin məktəblərdə fəaliyyət göstərən metodistlərin, eləcə də onların əməkdaşlıq etdiyi müəllimlərin dərsləri müşahidə olunub. Dərs müşahidələrindən sonra metodistlər tərəfindən müəllimlərə verilən əks-əlaqə prosesi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib. Bununla yanaşı, metodik görüşlər və təlim prosesləri də izlənilib.

Monitorinq nəticəsində əldə olunan müşahidələr metodistlərlə ətraflı şəkildə müzakirə edilib, onların güclü tərəfləri və inkişaf ehtiyacı olan sahələr üzrə tövsiyələr təqdim olunub.

Qeyd edək ki, metodik xidmətin təşkili üzrə metodistlərin fəaliyyətinə dair monitorinqlər digər ümumi təhsil müəssisələrində də davam etdirilir.

 

 

 

 


 

Xəbər lenti