Logo

Şərqşünaslıq İnstitutunun əməkdaşı İranda beynəlxalq konfransda məruzə edib

14.05.2025 15:58 33 baxış
IMG

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova İranda keçirilən I Beynəlxalq Persepolis Elmi Araşdırmalar və İnnovasiyalar Konfransında onlayn iştirak edib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, “Həyat təcrübələrinin paremik vahidlərdə əksi” adlı məruzədə tədqiqat predmeti kimi Məhəmməd Mirkiyaninin “Bizim məsəllərimizin sirri” (Raz-e məsəlha-ye ma) əsəri təhlilə cəlb edilib. Tədqiqatda özündə dərin mənaları ehtiva edən, cild-cild kitablar dolusu hikməti daşıyan bu el yaradıcılığı nümunələrinin yaranma mənbələri, etimologiyası, tədqiqi tarixi ilə əlaqəli məlumatlar əksini tapıb.

Qeyd olunub ki, hər bir xalqın milli təfəkküründə cilalanmış tarixi təcrübənin, bədii idrak və təxəyyülün təsdiqi olan atalar sözləri milli olduğu qədər də bütün insanlığa xitabı ilə əlaqədar ümumbəşəridir.

Məruzə konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Xəbər lenti