Logo

Abşeronun iki məktəbində mülki müdafiə məşqləri keçirilib

14.05.2025 21:33 24 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon Ceyranbatan qəsəbə 1 və Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəblərində nümunəvi mülki müdafiə məşqləri keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, məşqlərin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.

Tədbirlərin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Praktiki hissədə baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.

Uğurla keçən məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Xəbər lenti