Mayın 14-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Təhsil Şöbəsinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən tam orta məktəblərin qız komandaları arasında şahmat üzrə şəhər birinciliyi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, birincilikdə 12 tam orta məktəbin komandası, hər komandadan 6 nəfər olmaqla, ümumilikdə 72 şagird iştirak edib.
Şahmat birinciliyinin yekununa əsasən 3 nömrəli tam orta məktəbin komandası I, 8 nömrəli tam orta məktəbin komandası II, 7 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olub.
Sonda qalib komandalara və komanda üzvlərinə diplomlar təqdim olunub.