Logo

ARTİ və ACER arasında Anlaşma Memorandumu imzalanıb

15.05.2025 14:04 36 baxış
IMG

6 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ilə Avstraliya Təhsil Tədqiqatları Şurası (ACER) arasında İstanbulda əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib. 

ARTİ-dən TƏHSİL.BİZ -ə bildirilib ki, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev və ACER-in icraçı direktoru Liza Rodcers tərəfindən imzalanan memorandumun əsas məqsədi iki qurum arasında təhsilin inkişafı istiqamətində geniş əməkdaşlıq imkanları yaratmaqdır.

Görüşdə məzmun, qiymətləndirmə, təhsil tədqiqatları ilə bağlı təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətində geniş müzakirə aparılıb.

Qeyd edək ki, ACER qiymətləndirmə, tədqiqat və təhsil siyasəti sahələrində beynəlxalq təcrübəyə malik müstəqil, qeyri-kommersiya təşkilatıdır. Təşkilat həmçinin İƏİT-in Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı – PISA 2025-in hazırlanması və həyata keçirilməsinə rəhbərlik edir.

 


 

Xəbər lenti