Logo

Yeniyetmələr arasında yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib

19.05.2025 11:35 30 baxış
IMG

Mayın 17-18-də “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, 2010-2012-ci il təvəllüdlü idmançılar arasında təşkil olunan yarış Gəncə şəhər idman liseyində baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndiririlib, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Elm və Təhsil nazirinin müşaviri, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Rüstəm Ağayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Elçin Zeynalov, ”Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin rəhbəri “Şöhrət” ordenli paralimpiya çempionu Ramil Qasımov, Gəncə şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin rəhbəri, Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin baş təlimatçısı “Şöhrət” ordenli Əli Hacıyev iştirak ediblər. 

İki gün davam edən yarışda 10 çəki dərəcəsində qaliblər müəyyən edilib. Qalib olan idmançılar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə təltif olunublar.

 

 

 

 


 

Xəbər lenti