Logo

Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib

19.05.2025 14:50 32 baxış
IMG

Mayın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Monitorinq Mərkəzinin portalı vasitəsilə IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi təşkil olunub. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, qiymətləndirmə vasitələri açıq və qapalı test formatında hazırlanaraq https://nmr.notetonotes.com platformasında yerləşdirilib. 

Şagirdlər portalda şəxsi kabinet yaradaraq tapşırıqlarla tanış olub, cavablandırıblar. Monitorinqdə 2 min şagird iştirak edib. 

Qeyd edək ki, rəqəmsal qiymətləndirmə monitorinqinin təşkilində əsas məqsəd Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən mayın 17-də IV siniflər üçün keçiriləcək monitorinqə şagirdlərin hazırlıq səviyyəsini yüksəltmək, təhsildə rəqəmsal bacarıqları təşviq, qiymətləndirmə prosesində əlçatanlılığını təmin etməklə şagirdlərin hazırki tədris proqramına uyğun olaraq bilik səviyyələrini izləməkdir.


 

Xəbər lenti