Logo

“Müasir metodist” layihəsinin metodistləri nominasiyaya layiq görülüblər

19.05.2025 15:33 24 baxış
IMG

Təhsil sahəsində fərqlənən, pedaqoji fəaliyyətində innovativ yanaşmalar tətbiq edən və şagirdlərin inkişafına töhfə verən gənc müəllimləri cəmiyyətə tanıtmaq məqsədilə keçirilən “İlin gənc müəllimi 2024” müsabiqəsində “Müasir metodist” layihəsinin bir sıra metodistləri də nominasiyaya layiq görülüblər.

Bu barədə  ARTİ-dən TƏHSİL.BİZ -ə məlumat verilib.

Bildirilib ki, “İlin gənc müəllimi 2024” nominasiyasına layiq görülən metodistlərin adlarını təqdim edirik:

Şəbnəm Mirzəyeva Lənkəran rayonu M.Fərzullayev adına Mamusta kənd tam orta məktəbinin metodistidir. Şəbnəm xanım müxtəlif təlimlərdə və layihələrdə aktiv iştirak edir, pedaqoji təcrübəsini daim zənginləşdirir.

Nigar Osmanlı Bakı şəhəri 308 nömrəli tam orta məktəbin metodistidir. Nigar xanım tədris prosesində müasir yanaşmaların tətbiqinə üstünlük verir, eyni zamanda fərdi və peşəkar inkişafına xüsusi diqqət yetirir, layihələrdə fəal şəkildə iştirak edir.

Günel Məmmədova Gəncə şəhəri 13 nömrəli tam orta məktəbin metodistidir. Günel xanım müxtəlif seminar və layihələrdə iştirak etməklə öz bilik və bacarıqlarını daim təkmilləşdirir, innovativ pedaqoji fəaliyyətə töhfə verir.

Vüsalə Əliyeva Bakı şəhəri 295 nömrəli tam orta məktəbin metodistidir. Vüsalə xanım müasir tədris texnologiyalarının tətbiqində fəallıq nümayiş etdirir, eyni zamanda peşəkar inkişafla davamlı olaraq məşğul olur.

Xoşbəxt İsmayılzadə Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbin metodistidir. Xoşbəxt xanım davamlı olaraq pedaqoji bilik və bacarıqlarını genişləndirir.

 

 

 

 


 

Xəbər lenti