Logo

BANM “Bayraktar Teknoloji Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

19.05.2025 14:48 33 baxış
IMG

Bakı Al iNeft Məktəbi ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib. Bildirilib ki, rektor Elmar Qasımov imza mərasimində memorandumun tələbə təcrübə proqramları və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Bayraktar Teknoloji Azərbaycan şirkətinin baş icraçı direktoru Hüseyin Topuz, əməkdaşlığın tərəflər üçün strateji əhəmiyyətini vurğulayıb və bu istiqamətdə mühüm layihələrin gerçəkləşəcəyini bildirib.

Görüşdə həmçinin Bayraktar Teknoloji Azərbaycan şirkətinin Baş texnologiya direktoru Erdoğan Akhan, Süni intellekt komandası rəhbəri Zərəfşan Məmmədova, T3 Vəqfinin direktoru Ahmet Köse və BANM-ın əməkdaşları iştirak ediblər.

 

 

 

 


 

Xəbər lenti