Logo

Məktəblilər arasında badminton üzrə respublika birinciliyi keçirilib

21.05.2025 10:18 31 baxış
IMG

16-19 may tarixlərində Gənclər və İdman Nazirliyinin Azərbaycan Badminton Federasiyası ilə birgə Bakı şəhərində təşkil etdiyi 2011/2012-ci il təvəllüdlü oğlan və qızlar arasında badminton idman növü üzrə respublika birinciliyi keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, yarışmada ”Təhsil” RİM Gəncə şəhər 1 nömrəli Uşaq-gənclər idman-şahmat məktəbinin yetirmələri də güclərini sınayıb və müxtəlif əyarlı medallar qazanıblar.

Oğlanlarda:

1.Nihat Əliyev: oğlanların qoşa yarışında – I yer, şəxsi yarışda – III yer (şəxsi məşqçisi – Elçin Məmmədov)

Qızlarda:

2. Səfərova Hökümə: qızların qoşa yarışında – III yer (şəxsi məşqçisi – Sənan Hüseynov)

3. Rüstəmova Zərifə: qızların qoşa yarışında – III yer (şəxsi məşqçisi – Sənan Hüseynov)

 

 

 

 


 

Xəbər lenti