Logo

BANM nümayəndələri Daşkənddə keçirilən Beynəlxalq Energetika Forumunda iştirak ediblər

21.05.2025 15:28 83 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbini (BANM) təmsil edən ümumi işlər üzrə prorektor Babək Məmmədov və Davamlı təhsil fakültəsinin dekanı Rövşən Budaqov 27-ci “Özbəkistan Neft və Qaz – OGU-2025” sərgisi və Daşkənddə keçirilən Beynəlxalq Energetika Forumunda iştirak ediblər.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, nümayəndələr müxtəlif ölkələrin stendləri ilə tanış olub, “Top Korporativ Stend Dizaynı” mükafatına layiq görülən SOCAR pavilyonunu ziyarət ediblər.

Forum çərçivəsində PETRONAS Malayziya Texnologiya Universitetinin rektoru professor Məhəmməd İbrahim Əbdül Mütəllib və Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru professor Botir Usmanov ilə görüşlər keçirilib.

Babək Məmmədov “Energetikada insan resurslarının planlaşdırılması” panelindəki çıxışında BANM-in Azərbaycan təhsil proqramlarının xaricə ixracı üzrə layihəsi olan, BANM ilə Daşkənd Kimya-Texnologiya və Buxara Mühəndis-Texnologiya institutları arasında kimya mühəndisliyi üzrə ikili diplomlu magistr proqramı barədə məlumat verib.

Xəbər lenti