Logo

BŞTİ-də yeni kadr təyinatı olub

21.05.2025 16:33 142 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.

BŞTİ-dən TƏHSİL.BİZ -ə bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin  direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Turanə Məcidli BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Turanə Məcidli Bakı şəhəri 2 nömrəli Texniki-humanitar liseyin direktoru vəzifəsində çalışıb.

Xəbər lenti