Logo

ADNSU tələbələri rəqəmsal təhlükəsizlik üzrə biliklərini zənginləşdirirlər

21.05.2025 11:58 27 baxış
IMG

Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Karyera Mərkəzinin, universitetdə fəaliyyət göstərən Cyber Clubun və Azərbaycan Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə “Rəqəmsal maliyyə həllərinin inkişafı və kibertəhlükəsizliyin gücləndirilməsi” mövzusunda maarifləndirici infosessiya keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə Azərbaycan Beynəlxalq Bankının İnformasiya Təhlükəsizliyi Departamentinin nümayəndəsi çıxış edərək rəqəmsal maliyyə ekosistemində təhlükəsizlik məsələlərinin əhəmiyyəti, bank sistemində tətbiq olunan müasir texnologiyalar və risklərin idarə olunması barədə ətraflı təqdimatla iştirakçılara məlumat verib.

Sessiya zamanı tələbələr mütəxəssislə interaktiv müzakirə aparmaq, suallarını səsləndirmək və sahə üzrə praktiki biliklər əldə etmək imkanı qazanıblar.

 


 

Xəbər lenti