Logo

DİM-in “Məlumat bazası”na daxil edilən ekspert və markerlərin sayı açıqlanıb

23.05.2025 12:42 48 baxış
IMG

“Hazırda buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə materiallarının işlənməsi, ekspertizası və yoxlanılması ilə əlaqədar müəllif, ekspert və marker hazırlığı kurslarında iştirak üçün qeydiyyat davam edir”. 

TƏHSİL.BİZ  xəbər verir ki, bunu bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar təşkil edilən brifinqdə  Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, 2017-ci ildən indiyədək 178 kurs təşkil olunub və 3175 nəfər sertifikat alaraq DİM-in elektron “Məlumat bazası”na daxil edilib. 

Bundan əlavə, hər il imtahanların təşkilində nəzarətçi qismində iştirak etmək istəyən şəxslərin sertifikatlaşdırılma prosesi həyata keçirilir. 2019-cu ildən başlayan bu prosesdə 5900 nəfər uğur qazanıb müvafiq sertifikat alıb. Yeni tədris ilinin əvvəlində növbəti qeydiyyat prosesinə start veriləcək. 
Hazırda isə təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə elan edilən “Gənc psixometrik” təcrübə proqramının iştirakçıları ilə təlimlər həyata keçirilir. 

Eyni zamanda, gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasına təkan vermək məqsədilə h

Xəbər lenti