Logo

ADAU-da Beynəlxalq Biomüxtəliflik Günü qeyd olunub

22.05.2025 14:37 34 baxış
IMG

22 May – Beynəlxalq Biomüxtəliflik Günü münasibəti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Ekologiya və meşəçilik kafedrası tərəfindən “Dayanıqlı ətraf mühit və biomüxtəlifliyin qorunması: praktik və ekoloji yanaşmalar” mövzusunda elmi-praktik seminar təşkil olunub.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, seminarda çıxış edən kafedra müdiri, dosent Musa Bayramov biomüxtəlifliyin qorunmasının həm qlobal, həm də lokal səviyyədə bəşəriyyət üçün strateji prioritet olduğunu qeyd edib. O, çıxışında ekosistemlərin sabitliyinin və təbii ehtiyatların davamlı istifadəsinin yalnız biomüxtəlifliyin mühafizəsi ilə mümkün olduğunu diqqətə çatdırıb, bu istiqamətdə elmi maarifləndirmə və xüsusi mühafizə tədbirlərinin vacibliyini vurğulayıb.

Tədbirdə Gəncə Dövlət Universitetinin Ekologiya və Təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova, Göygöl Milli Parkının rəhbəri Fuad Quliyev, 10 saylı Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Ramin Lətifov, Qarayazı Dövlət Təbiət Qoruğunun müdir müavini Nəbi Musayev, dosentlər Vidadi Səmədov və Aygün Bağırova, həmçinin “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə” ixtisaslaşmasını I kurs magistr tələbəsi, 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, aparıcı məsləhətci-müfəttişi Orxan Süleymanlı və Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ixtisaslaşmasını II kurs tələbəsi Bəhruz Abasov öz çıxışlarında ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin davamlı inkişafda rolu, müasir ekoloji problemlər və onların həlli yolları mövzularına toxunublar.

İştirakçılar ətraf mühitin qorunması istiqamətində əməkdaşlıqların genişləndirilməsi üçün razılığa gəliblər.

Xəbər lenti