Logo

BANM tələbələri “AIRO 2025”də III yeri tutublar

23.05.2025 11:39 40 baxış
IMG

Bakı Ali Neft Məktəbinin II kurs tələbələri – “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan Rəvan Poladlı və “Proseslərin avtomatlaşdırılması” ixtisası üzrə təhsil alan Zeynalxan Quliyev Azərbaycan Beynəlxalq Robototexnika Olimpiadasında (AIRO 2025) “Software Engineer” kateqoriyasında təqdim etdikləri layihə ilə III yerə layiq görülüblər.

Bu barədə TƏHSİL.BİZ -ə BANM-dən məlumat verilib.

Komanda tərəfindən hazırlanan proqram təminatı təhsil texnologiyaları sahəsinə yönəlib və funksionallığı, texniki həlli ilə münsiflər tərəfindən yüksək qiymətləndirilib.

AIRO 2025 yarışması robototexnika, mühəndislik və proqramlaşdırma sahələrində fəaliyyət göstərən gəncləri bir araya gətirib. Yarışma “Mega Sumo”, “Mini Sumo”, “Lego Sumo”, “Lego Line”, “Line Follower”, “Robotic Startup” və “Software Engineer” kateqoriyalarını əhatə edib.


 

Xəbər lenti