Logo

AzTU ilə Malatya Turqut Özal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

26.05.2025 12:00 95 baxış
IMG

Azərbaycana səfərə gələn Türkiyənin Malatya Turqut Özal Universitetinin rektoru professor Recep Bentlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, qonaqlar AzTU-nun prorektoru Nurəli Yusifbəyli və universitetin nümayəndələri ilə görüşüb.

Prorektor Nurəli Yusifbəyli qonaqları salamlayaraq onları AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Prorektor universitetdə görülən işlər, həyata keçirilən təhsil proqramları, icra edilən layihələr, eləcə də AzTU-nun elm və tədqiqat sahəsində gələcək hədəfləri barədə qonaqları məlumatlandırıb.

Görüş zamanı AzTU ilə Malatya Turqut Özal Universitetinin nümayəndələri arasında tələbə və akademik heyətin qarşılıqlı mübadiləsi, birgə elmi-tədqiqatlar, magistratura və doktorantura səviyyəsində ikili elmi rəhbərlik imkanları müzakirə olunub.

Sonda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

 

 

 


 

Xəbər lenti