Logo

Riyaziyyatçı alimin məqaləsi beynəlxalq jurnalda çap olunub

28.05.2025 12:24 82 baxış
IMG

Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin məqaləsi yüksək impakt-faktorlu beynəlxalq jurnalda çap olunub.

İnstitutdan TƏHSİL.BİZ -ə verilən məlumata görə, məqalə “Analysis and Mathematical Physics” (WoS, IF-2.9) yüksək impakt-faktorlu Q1 kateqoriyalı jurnalda işıq üzü görüb.

“"Stratifid Li" qruplarında təyin olunmuş total Morri fəzalarında maksimal funksiyanın kommutatorunun xarakterizasiyası” adlı məqalədə “stratifid Li” qruplarında təyin olunmuş total Morri fəzalarında maksimal kommutator operatoru və maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınıb. Bu nəticələrin tətbiqi olaraq “stratifid Li” qruplarında təyin olunmuş total Morri fəzalarında maksimal kommutator operatorun və maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılıb. 

Məqalə ilə buradan tanış ola bilərsiniz. 

Xəbər lenti