Logo

Rektor məktəblinin arzusunu reallaşdırdı

29.05.2025 15:26 83 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin təşəbbüsü ilə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Fərid Nəzərli BSU-da keçirilən elmi seminarda iştirak edib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, bu təşəbbüs universitetin “Konstitusiya və Suverenlik İli” çərçivəsində 5 mart tarixində BSU-da təşkil olunan “Yeni dövrün Azərbaycanı” mövzusunda şagirdlərlə keçirilmiş görüş zamanı yaranıb. Görüşdə çıxış edən Fərid Nəzərli türkoloji tədqiqatlara xüsusi maraq göstərdiyini bildirərək bu sahədə mütəxəssislərlə elmi müzakirələr aparmaq arzusunu ifadə edib. Onun bu elmi marağı BSU rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və Fərid universitetə dəvət olunub.

Mayın 26-da BSU-da Fərid Nəzərlinin marağını təşviq etmək məqsədilə “Qədim türk əlifbası və ədəbi dili” mövzusunda elmi seminar keçirilib. Seminar zamanı gənc tədqiqatçı kimi çıxış edən Fərid qədim türk dili və əlifbası ilə bağlı mütəxəssislərə maraqlı suallar ünvanlayıb və seminarın elmi məzmununa töhfə verib. Onun fəallığı və elmi marağı seminar iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Bildirilib ki, Fərid, eyni zamanda, BSU-nun “Konstitusiya və Suverenlik İli” Tədbirlər Planı çərçivəsində keçirilən “Yeni dövrün gəncliyi” mövzusunda I Respublika tələbə-şagird elmi-praktik konfransında iştirak edib və panel müzakirələr zamanı çıxış edən iştirakçılardan biri olub.

 

 

 

 


 

Xəbər lenti