Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universitetinin Fizika fakültəsinin fizika ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi başa çatıb.
Rəsədxanadan TƏHSİL.BİZ -ə bildirilib ki, təcrübə müddətində tələbələrə dərs planına uyğun olaraq əvvəlcə nəzəri biliklər tədris edilib. Tələbələrə rəsədxananın alimləri tərəfindən astronomiyanın prioritet tədqiqat istiqamətləri, Günəş sistemi, ulduzlar və onlarda baş verən proseslər, planetlər və qalaktikalar haqqında ümumi məlumat verilib.
Nəzəri hissəni tamamlayan tələbələrə rəsədxanada praktiki dərslər keçirilib. Onlara teleskoplar və digər astronomik cihazların iş prinsipi öyrədilib, tədris rəsədxananın əsas elmi-tədqiqat istiqamətləri üzrə aparılıb.
İstehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi biliklər qiymətləndirilərək hesabatlar tərtib edilib.