Logo

Qabiliyyət imtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr edilib

26.05.2025 14:39 108 baxış
IMG

Ali təhsil müəssisələrinin, tam (11 illik) və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub.

Dövlət İmtahan Mərkəzindən TƏHSİL.BİZ -ə bildirilib ki, xüsusi buraxılışlar “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “İdman”, “Təsviri sənət/Memarlıq” və “Jurnalistika/İslamşünaslıq” olmaqla 5 adda nəşr edilib.

“Abituriyent” jurnalının xüsusi buraxılışlarında xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.

Vəsaitləri Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xəbər lenti