Logo

“Məşğulluq həftəsi”ndə 250-yə yaxın UNEC tələbəsi üçün iş müsahibəsi təşkil olunub

27.05.2025 16:12 95 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin karyera inkişafına və əmək bazarına inteqrasiyasına dəstək məqsədilə “Synergia Academy”nin təşəbbüsü və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Məşğulluq həftəsi” (Employability Week) uğurla yekunlaşıb.

Bu barədə TƏHSİL.BİZ -ə UNEC-dən məlumat verilib. Həftə ərzində “PASHA Group”a daxil olan 10-dan artıq nüfuzlu şirkət tərəfindən 300-ə yaxın tələbə üçün seminar və təlimlər keçirilib. Seminarlarda tələbələrə peşəkar inkişaf, müasir əmək bazarının tələbləri, CV hazırlanması, müsahibə texnikaları, liderlik bacarıqları və şəxsi brendinq kimi mövzularda ətraflı məlumat verilib. Həmçinin “PASHA Group” şirkətlərinin nümayəndələri öz təcrübələrini bölüşərək, tələbələrin real iş mühiti ilə tanış olmasına şərait yaradıblar.

“Məşğulluq həftəsi”nin son 2 günündə isə “PASHA Group”a daxil olan Kapital Bank, Yelo Bank, Meqa Həyat Sığorta, PASHA Malls, GİLTEX MMC, “BRİDGE” Şirkətlər Qrupu, SCANDENS Pharmaceutical Industries, Grand Logistics Center, ISR Plaza, SINTEKS Şirkətlər Qrupu və “Agro Food Investments”in insan resursları üzrə mütəxəssisləri tərəfindən 250-yə yaxın UNEC tələbəsi üçün ödənişli və könüllü təcrübə proqramı, eləcə də iş vakansiyaları üçün müsahibələr təşkil olunub.

Müsahibədən uğurla keçmiş tələbələr arzuladıqları şirkətdə təcrübə imkanı əldə edəcəklər.

Xəbər lenti