Bakı Ali Neft Məktəbində Koç Universitetinin rektoru Prof. Dr. Metin Sitti ilə görüş keçirilib.
BANM-dən TƏHSİL.BİZ -ə verilən məlumata görə, görüş zamanı iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə olunub və Anlaşma Memorandumu imzalanıb.
Prof. Dr. Metin Sitti BANM-i Azərbaycanın ən yaxşı ali təhsil müəssisələrindən biri kimi qiymətləndirib. BANM-in rektoru Elmar Qasımov isə Koç Universiteti ilə əməkdaşlığın məktəb üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə BANM-in rəhbərliyi və əməkdaşları iştirak ediblər.