Logo

MEK-də tədbir: 28 May xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin rəmzidir

28.05.2025 12:35 93 baxış
IMG

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) tədbir keçirilib.

Kitabxanadan TƏHSİL.BİZ - ə bildirilib ki, tədbirdə çıxış edən MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 28 May tarixini xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin rəmzi adlandırıb, Cümhuriyyətin dövlətçilik tariximizdə rolundan danışıb.

Direktor qeyd edib ki, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və dərin zəkası sayəsində mümkün oldu, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil inkişaf yolunda böyük uğurlara imza atır, siyasi və iqtisadi cəhətdən güclənir, beynəlxalq nüfuzu durmadan artır.

Mərkəzi Elmi Kitabxananın öz fəaliyyətində milli yaddaşın qorunmasına, elmi biliklərin, vətənpərvər ruhda tədqiqatların mühafizə edilməsinə xüsusi önəm verdiyini diqqətə çatdıran H.Hüseynov bu tarix münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Daha sonra MEK-in kitabxana işləri üzrə direktor müavini dosent Şəhla Quliyeva, rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini Oruc Quliyev, Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm Zəfərdən, Azərbaycan Bayrağının işğaldan azad edilən ərazilərdə dalğalanmasından, dövlətimizin hərtərəfli inkişaf strategiyasından danışıblar.

Tədbirdən sonra iştirakçılar MEK-də eyniadlı sərgi ilə tanış olublar.

 

Xəbər lenti