Logo

BANM-də keçirilən Müstəqillik Günündə Koç Universitetinin rektoru da iştirak edib

29.05.2025 08:56 114 baxış
IMG

28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı ədəbi-bədii tədbir Bakı Ali Neft Məktəbinin (BANM) Ağ Şəhər kampusunda yüksək əhvali-ruhiyyə və vətənpərvərlik ruhunda keçirildi.

Bu barədə TƏHSİL.BİZ -ə Bakı Ali Neft Məktəbindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Koç Universitetinin rektoru professor Metin Sitti və BANM-in müəllim heyəti iştirak edib.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Zəngin bədii proqramda vətən sevgisini tərənnüm edən şeirlər, monoloqlar və musiqi nömrələri səsləndirilib. Azərbaycan və dünya ədəbiyyatından nümunələrlə zənginləşdirilən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti