Logo

ADPU tələbələri bilik yarışında qalib olublar

30.05.2025 10:06 56 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin tələbələri "Aesthetic & Wellness World Academy (AWWA)" tərəfindən təşkil olunan “Piroqov” interaktiv cihazının təqdimatında və bilik yarışında iştirak ediblər. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə ADPU-nun Kimya və biologiya fakültəsinin dekan müavini dosent Bəsti Əsədovanın rəhbərliyi ilə fakültə tələbələri bilik yarışında iştirak ediblər. 

Yarış ADPU tələbələri ilə 2 saylı Bakı Baza Tibb Kollecinin tələbələri arasında keçirilib. Yarışın münsiflər heyətində birinci dərəcəli müşavir diplomatik rütbəsinə malik Fikrət Paşayev, dekan müavini dosent Bəsti Əsədova, akademiyanın əməkdaşı Leyla Səlimova və 2 saylı Bakı Baza Tibb Kollecinin nümayəndəsi təmsil olunublar. Yarışın yekununda ADPU-nun Kimya və biologiya fakültəsinin tələbələri I yerə layiq görülərək diplom və sertifikatla təltif olunublar.

Ümumilikdə təqdimat və yarış anatomiya sahəsində tələbələrin praktik bacarıqlarının inkişafı baxımından faydalıdır.

 

 

 

 


 

Xəbər lenti