Logo

Texnologiya Universiteti Daşkənddə keçirilən təhsil sərgisində təmsil olunub

31.05.2025 13:49 72 baxış
IMG

Azərbaycan Texnologiya Universiteti (ATU) Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan beynəlxalq təhsil sərgisində uğurla təmsil olunub. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın 17 ali təhsil müəssisəsi iştirak edib.

TƏHSİL.BİZ-in bölgə müxbiri xəbər verir ki, sərgidə ATU-nun təqdim etdiyi stend ziyarətçilərin, xüsusilə də Özbəkistanın abituriyent və tələbələrinin böyük marağına səbəb olub. Universitetin tədris proqramları, ixtisasları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün təqdim olunan üstünlüklər haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

Xəbər lenti