Daşkənd şəhərində keçirilən “Study in Azerbaijan” sərgisi çərçivəsində Bakı Slavyan Universitetinin stendində “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasının BSU tərəfindən özbək dilinə tərcümə olunan nüsxələri də yer alır.
Qeyd edək ki, “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası Bakı Slavyan Universiteti tərəfindən müxtəlif slavyan dillərinə tərcümə edilib və beynəlxalq konfrans , eləcə də tədbirlərdə iştirakçılara təqdim olunur.