Logo

Müəllimin yanlış davranışı ilə bağlı məktəbdaxili araşdırma başlayıb

27.05.2025 11:19 98 baxış
IMG

Bakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs  öyrədərkən yanlış davranışı ilə bağlı məktəbdaxili araşdırma aparılıb.

Bu barədə TƏHSİL.BİZ -ə məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb.

Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması qərara alınıb.

Bakı Şəhəri üzə Təhsil İdarəsindən isə "Azərbaycan müəllimi"nə bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır.

Məktəb rəhbərliyinə qanunauyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Xəbər lenti