Logo

İllər sonra doğma universitetdə qələbə sevinci yaşayan nənə

27.05.2025 13:14 102 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1982-ci ildə məzunu olan coğrafiya müəllimi 43 il sonra doğma universitetinə qayıdıb.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, Nənəbacı Qurbanova ADPU-nun 1982-ci il məzunudur. 1979-cu ildən Xaçmaz rayonunda coğrafiya müəllimi olaraq çalışır. O, 43 il sonra doğma universitetə ilk dəfə "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün mükafatlandırma mərasiminə qatılmaq üçün gəlib. N.Qurbanovanın nəvəsi Aysu Ağahüseynova müsabiqənin 10 qalibindən biri olaraq 1000 AZN pul mükafatı, dəyərli hədiyyələr və Təşkilat Komitəsi tərəfindən təyin ediləcək mentorlara 1 illik peşəkar təcrübə proqramında iştirak etmək hüququ qazanıb.

65 yaşı tamam olan və 46 illik əmək fəaliyyətinin son ilini yaşayan Nənəbacı xanıma ən gözəl təqaüd hədiyyəsi elə nəvəsi Aysunun qələbə sevinci olub.


 

Xəbər lenti