"GƏLƏCƏYİNİ QUR!” layihəsi iştirakçı qəbuluna start verib.
TƏHSİL.BİZ xəbər verir ki, universitetə qəbul üçün əlavə dəstəyə ehtiyacı olanlar layihəyə müraciət edə bilərlər.
Layihə çərçivəsində aşağıdakı imkanlar təqdim olunur:
– Ödənişsiz fənn hazırlıqları
– Psixoloq dəstəyi
– İxtisas seçimi
– İnkişafetdirici fəaliyyətlər
– Yoldaşlıq, dəstək və motivasiya dolu bir mühit
Kimlər müraciət edə bilər?
– Hazırda 10, 2025–2026-cı tədris ilində, yəni bu ilin sentyabr ayında 11-ci sinifdə oxuyacaq şagirdlər;
– Oxumağa, inkişaf etməyə və tələbə adını qazanmağa motivasiyası olan şagirdlər;
– Bakı şəhərində yaşayan və sosial cəhətdən həssas ailədən olan şagirdlər.
Son müraciət tarixi: 5 iyun 2025-ci il
Müraciət linki: http://bit.ly/qeydiyyat2025
Əlavə sual üçün bizə yaz: +994 55 382 37 31