Logo

Paytaxt məktəblərinə işə qəbul müsabiqəsinin test imtahanı keçirilir

27.05.2025 12:46 106 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri / kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir.

BŞTİ-dən TƏHSİL.BİZ-ə bildirilib ki, iki gün davam edəcək test imtahanında 4283 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 2 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 1 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 1 bal olmaqla 10 sual) test tapşırığının cavablandırılması üçün 90 dəqiqə vaxt verilir.

Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

Qeyd olunan vəzifələr üzrə işə qəbul üçün keçid həddi 35 bal müəyyən edilib. 35 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək.

Xəbər lenti