Logo

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının nəticələri nə vaxt açıqlanacaq?

26.05.2025 11:56 164 baxış
IMG

24 may 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə təşkil edilən “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal mərhələsi keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, iştirakçılara Qərbi Azərbaycanın tarixi və mədəniyyətinə dair müxtəlif sahələri əhatə edən suallar təqdim edilib.

Qeyd edək ki, yarımfinal mərhələnin nəticələri 2 iyun 2025-ci il tarixindən etibarən elan ediləcək.

IX-X sinif şagirdləri arasında keçirilən olimpiadanın təşkilində əsas məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdən ibarətdir.

 

 

 

 


 

Xəbər lenti