Logo

“Məktəblinin hüquq bələdçisi” layihəsinin ilkin hesabatı təqdim edilib

26.05.2025 14:36 114 baxış
IMG

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin hüquq bələdçisi” layihəsinin ilkin hesabatı təqdim olunub.

Bu barədə TƏHSİL.BİZ -ə “Femida Könüllüləri” Təşkilatından məlumat verilib.

Hesabatda qeyd edilir ki, layihənin ilkin mərhələsində, yəni mayın 5-15-də ümumilikdə 7 müxtəlif peşə təhsil mərkəzində təşkil olunan görüşlər vasitəsilə 348 şagird hüquqi maarifləndirməyə cəlb edilib.

Layihə çərçivəsində təhsilalanlar arasında “İnsan alveri”, “Mülkiyyət əleyhinə törədilən cinayətlər”, “Bullinq və ictimai təzyiq”, “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması” və “Narkomaniya ilə mübarizə” mövzularına həsr olunmuş hüquqi maarifləndirmə tədbirləri, müxtəlif interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər keçirilib.

 

 

 

 


 

Xəbər lenti