Logo

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbuluna start verilib

29.05.2025 14:31 92 baxış
IMG

Əlavə təhsilin "Təkrar ali və orta ixtisas təhsili" istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb. 

TƏHSİL.BİZ  xəbər verir ki, sənəd qəbulu portal.edu.az üzərindən aparılır.

“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali və orta ixtisas təhsil müəssisələrində təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

Xəbər lenti