Logo

“Tibb təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” mövzusunda I Respublika konfransı keçiriləcək

29.05.2025 14:34 86 baxış
IMG

29-30 may tarixlərində Naxçıvan şəhərində Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan Tibb Universiteti və Qarabağ Universiteti və Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin yaradılmasının 95 illiyinə və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş “Tibb təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” mövzusunda I Respublika konfransı keçiriləcək.

TƏHSİL.BİZ xəbər verir ki, konfrans Azərbaycan Tibb təhsilindəki problemləri müzakirə etmək, müasir yanaşmaları tətbiq etmək, peşəkar kadr hazırlığı üçün keyfiyyətli mühit formalaşdırmaq, dünyadakı müxtəlif təhsil modellərini müqayisə etmək, yeni təhsil proqramlarının hazırlanmasına təkliflər vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

Konfrans haqqında məlumatları https://konfrans.ndu.edu.az/ saytından əldə edə bilərsiniz.

Xəbər lenti