Logo

İctimai Şuranın üzvləri valideynlərlə görüşüblər

29.05.2025 14:22 76 baxış
IMG

26 may 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri tərəfindən Bakı şəhəri 200 nömrəli məktəb-liseydə valideynlərlə ictimai dinləmə keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirin məqsədi təhsil prosesində valideynlərin iştirakını artırmaq, onların fikir və təkliflərini dinləmək, məktəb-valideyn əməkdaşlığını gücləndirmək olub.

Dinləmə zamanı valideynlərin fikirləri əsasən üç istiqamət üzrə toplanıb: övladlarının peşə seçimi zamanı onlara dəstək göstərilməsi, məktəblərdə təhsilin keyfiyyətinin artırılması üçün təkliflər və valideyn-məktəb münasibətlərinin daha effektiv qurulması yolları. 

Valideynlər bu sahələrdə müxtəlif fikir və təkliflərlə çıxış ediblər, həmçinin məktəblə daha güclü və davamlı ünsiyyətin vacibliyi vurğulanıb.

İştirakçılara həm şifahi, həm də yazılı rəy bildirmək imkanı yaradılıb. Toplanan bütün fikirlər sistemləşdirilərək hesabat formasında Elm və Təhsil Nazirliyinə təqdim olunacaq.

İctimai Şura qeyd edib ki, bu cür görüşlər gələcəkdə də davam etdiriləcək və valideynlərin iştirakı təhsil sahəsində qərarların daha effektiv və şəffaf formada qəbuluna töhfə verəcək.

 

 

 

 


 

Xəbər lenti