Logo

Beynəlxalq Türk Akademiyası 15 yaşını qeyd edir

18.11.2025 14:42 27 baxış
IMG

Beynəlxalq Türk Akademiyasının 15-ci ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankarada tədbir keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, Azərbaycandan da nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Türk dövlətləri arasında əlaqələrin inkişafı mövzusunda panel müzakirələr aparılıb. Həmçinin nəqliyyat və enerji, qida təhlükəsizliyi, eləcə də elm və təhsil sahələrində əlaqələrin və əməkdaşlığın gücləndirilməsi ilə bağlı çıxışlar dinlənilib.

Tədbir çərçivəsində kitab və foto sərgi də təşkil olunub.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının əsası 2010-cu ildə Qazaxıstanın paytaxtı Astana şəhərində qoyulub. Təşkilatın əsas məqsədi Türk xalqlarının qədim və müasir tarixini, dilini, ədəbiyyatını və mədəniyyətini tədqiq etmək, Türk dünyasında akademik fəaliyyətin koordinasiyasını həyata keçirməkdir.

 

 

 

Xəbər lenti