Logo

UNEC məzunu, Vətən müharibəsi şəhidi Ülvi Hacıyev anılıb

13.11.2025 16:30 32 baxış
IMG

Noyabrın 13-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsi şəhidi Ülvi Hacıyevin doğum günü münasibətilə anım mərasimi keçirilib. Yaşasaydı, Ülvi Hacıyev 31 yaşını qeyd edəcəkdi.

Anım mərasimi çərçivəsində UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavinləri Günay Ağazadə və Həsən Həşimov, eləcə də Biznes Məktəbinin əməkdaşları və fəal THİK üzvləri şəhidin məzarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib.

UNEC kollektivi Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Xəbər lenti