Logo

UNEC-də Zəfər Gününün beşinci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib

07.11.2025 20:52 33 baxış
IMG

UNEC-in Maliyyə və mühasibat, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələri, Ümumi fənlərin tədrisinin təşkili departamenti, Rus İqtisad Məktəbi və UNEC Dizayn Məktəbində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.

Dərslər Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Dərslərdə müəllimlər 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsinin nəticəsində işğal altındakı ərazilərimizin azad edilməsinin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Xüsusi dərslərdə tələbələrin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti