Logo

UNEC komandası “GİNius Tələbə-Gənclər Kuboku 2025”in qalibi olub

13.11.2025 14:49 32 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən İqtisadçı İntellektual Oyunlar Klubu “GİNius Tələbə-Gənclər Kuboku 2025” çərçivəsində keçirilən “Fibonacci” intellektual-əyləncəli oyunun respublika final mərhələsində I yerə layiq görülüb.

Noyabrın 5-də keçirilən final mərhələsi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Fibonacci” MMC-nin tərəfdaşlığı ilə Azərbaycan İdman Akademiyasında baş tutub. Açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva və ATGTİ-nin sədri Rəşad Zeynalov çıxış ediblər.

Final mərhələsində ölkənin müxtəlif şəhər və regionlarını təmsil edən 33 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Yekun nəticələrə əsasən, I yerə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən İqtisadçı İntellektual Oyunlar Klubunun “Qəzəlxan” komandası, II yerə Xəzər Universitetinin “Pentamento” komandası, III yerə isə Azərbaycan Tibb Universitetinin “Old School” komandası layiq görülüb.

Cari ilin 16 oktyabr tarixindən start götürən layihə çərçivəsində ümumilikdə 10 yarımfinal oyunu təşkil olunub. Yarımfinal mərhələləri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Tərtər və Naxçıvan şəhər və rayonlarını əhatə edib. Layihə boyunca 86 ali və orta ixtisas təhsili müəssisəsini təmsil edən 164 komanda (820 tələbə) iştirak edib.

UNEC kollektivi “Qəzəlxan” komandasını qazandıqları uğur münasibətilə təbrik edir və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayır.

Xəbər lenti