Logo

İtaliyalı professor Roberto Zelli: “AMEA ilə əməkdaşlıq uzunmüddətli tərəfdaşlığın əsasını formalaşdıracaq”

12.11.2025 18:06 30 baxış
IMG

Əminəm ki, İtaliya Milli Elmlər Akademiyası ilə AMEA arasında imzalanmış memorandum iki qurum arasında elmi əməkdaşlığın yeni mərhələsinə yol açacaq, qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə, birgə elmi layihələrin reallaşdırılmasına və akademiyalarımız arasında səmərəli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində ölkəmizdə səfərdə olmuş İtaliya Milli Elmlər Akademiyasının üzvü, professor Roberto Zelli açıqlamasında bildirib.

Professor Roberto Zelli AMEA-nın 80 illik yubileyinin elmi ictimaiyyət üçün mühüm əhəmiyyət daşıdığını, yüksək səviyyədə təşkil olunduğunu və yadda qalan təəssüratlar yaratdığını bildirib.

O, səfər çərçivəsində İtaliya Milli Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında Anlaşma Memorandumunun imzalandığını qeyd edib. Bu sənədin hər iki akademiyanın malik olduğu zəngin elmi potensiala əsaslanaraq əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm çərçivə rolunu oynayacağına inamını ifadə edib.

Professor Roberto Zelli Memorandumun xüsusilə humanitar və sosial elmlər sahəsində əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.

“İnanıram ki, bu addım iki akademiya arasında məhsuldar və uzunmüddətli tərəfdaşlığın əsasını formalaşdıracaq”, - deyə o, əlavə edib.

Alim iki qurum arasında gələcəkdə birgə inkişaf etdirilə biləcək çoxsaylı potensial layihələrin mövcud olduğunu vurğulayıb.

Xəbər lenti