Logo

“UNEC-də Hərbi saat” verilişinin “Zəfər Günü”nə həsr olunmuş xüsusi buraxılışı efirdə yayımlanıb

07.11.2025 21:05 35 baxış
IMG

Radio UNEC-də yayımlanan “UNEC-də Hərbi saat” verilişinin 8 Noyabr - Zəfər Gününə həsr olunmuş xüsusi buraxılışı efirdə dinləyicilərə təqdim olunub.

Verilişdə Zəfər Gününün tarixi və mənəvi əhəmiyyəti, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın birlik, iradə və əzmkarlıq sayəsində əldə etdiyi möhtəşəm Qələbə barədə danışılıb.

Efir zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, qazilərimizin igidliyi və fədakarlığı xüsusi vurğulanıb. Qeyd olunub ki, Zəfər Günü yalnız hərbi qələbə deyil, eyni zamanda gələcək nəsillərə vətənpərvərlik, qürur və mübarizə ruhunu aşılayan tarixi gündür.

Verilişin aparıcısı həmçinin Zəfər Gününə dair şəxsi təəssüratlarını və bu günün onun üçün daşıdığı mənəvi dəyəri dinləyicilərlə bölüşüb.

Proqramın audioyazısını dinləyə bilərsiniz:

Xəbər lenti