Logo

Samir Hümbətov: Peşə təhsili bacarıqlarını inkişaf etdirən gənclər gələcəyin sahibkarları ola bilərlər

14.11.2025 17:49 24 baxış
IMG

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olaraq məqsədimiz gənclərin məhz sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların müxtəlif istiqamətlərdəki fəaliyyətlərini dəstəkləməkdir. 2021-ci ildən başladığımız bu təşəbbüsün çox uğurlu olduğunu gördük. Əgər həmkarlarımız da razı olsalar, bu təşəbbüsün gələn il də davam etdirilməsini istərdik. Bu təşəbbüslə gənclər artıq müxtəlif peşələr üzrə fəaliyyət qurublar.

Bu fikirləri KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini Samir Hümbətov “Bir peşənin sirri” festivalında söyləyib. O bildirib ki, hər bir gənc gələcəyin potensial sahibkarıdır: “Onları dəstəkləmək üçün öz resurslarımızdan da istifadə edə bilərik. Gənclər müxtəlif peşələr üzrə öz bizneslərini qura bilərlər. Dövlətin dəstək alətləri, qrantlar, startap şərtləri, kreditlər və digər mexanizmlərdən istifadə etməklə özlərini daha da inkişaf etdirə bilərlər. Dünya təcrübəsi göstərir ki, aparılan müxtəlif tədqiqatlarda belə bir nəticə ortaya çıxıb ki, qarşıdakı illərdə işəgötürənlərin 87 faizi müxtəlif bacarıqlara yiyələnən peşə ixtisasları üzrə müəyyən çətinliklərlə üzləşəcək. Buna görə də biz gənclərə tövsiyə edirik ki, peşə təhsili bacarıqlarını inkişaf etdirsinlər və gələcəyin sahibkarlarına çevrilsinlər”.

Xəbər lenti