Logo

Pedaqoji Universitetdə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

12.11.2025 17:51 92 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə universitetdən məlumat verilib.

Magistratura və doktorantura şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov tədbirin “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edildiyini bildirib. Vurğulanıb ki, otuz dörd il əvvəl müstəqilliyimizi bərpa etmiş olsaq da, məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik bərqərar olub, hüquqi islahatların əsası qoyulub və 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Bu ali sənəd Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və vətəndaş hüquqlarının təminatçısı kimi tarixə düşüb.

Tədbirdə “Müstəqillik” və “konstitusiya” anlayışlarının fəlsəfi məzmunu”, “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” və “Nikahdan hüquq pozuntusu sayılan insan alveri məqsədilə istifadə edilməsi problemləri” mövzularında məruzələr dinlənilib. Məruzələrdə Konstitusiyanın preambulasında dövlətimizin ali məqsədinin – müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunmasının bəyan olunduğu və bunun təkcə hüquqi prinsip deyil, milli ideologiyamızın təməl sütunu olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin xəttin məntiqi davamı reallığa çevrilib, Vətən müharibəsində qazandığımız tarixi Zəfər və antiterror tədbirləri dövlətimizin suverenliyini, Konstitusiyamızın ərazi bütövlüyü prinsiplərini bərpa edib.

Daha sonra “Azərbaycan Respublikasının Konstitusiyasına və suverenliyə gənclərin töhfəsində Ümummilli Lider Heydər Əliyevin rolu”, “Azərbaycan gənclərinin inkişafında konstitusiyamızın və sosial iş təcrübəsinin rolu” mövzularında təqdimatlar edilib.

Sonda Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasında Ulu Öndər Heydər Əliyevin rolundan bəhs edən videoçarx nümayiş olunub.

Xəbər lenti