Logo

Azərbaycan Konstitusiyası: dünən, bu gün, sabah

14.11.2025 16:18 23 baxış
IMG

Noyabrın 14-də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Konstitusiyası: dünən, bu gün, sabah” adlı tədbir keçirilib.

Bu barədə institutdan məlumat verilib.

Tədbiri Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Poliefir və polikarbonat materiallar laboratoriyasının kiçik elmi işçisi Günel Qurbanlı açaraq 1995-ci ildə qəbul olunan Konstitusiyanın müstəqil Azərbaycanın ilk, ölkəmizin tarixində isə dördüncü Konstitusiya olduğunu bildirib. O, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlərin gənc nəsildə qanunvericilik mədəniyyətini artırmaq və vətəndaş məsuliyyətini möhkəmləndirmək məqsədi daşıdığını qeyd edib. “Azərbaycan Konstitusiyası dövlətimizin hüquqi, siyasi və mənəvi dayağıdır. Dünənin müdrikliyi, bu günün təməli və sabahın yol göstəricisidir. Onu qorumaq və prinsiplərinə əməl etmək hər birimizin vətəndaşlıq borcudur”, - deyə Günel Qurbanlı bildirib.

Sonra institutun doktorantı Günay Nurəliyevanın çıxışı dinlənilib. Məruzəçi Konstitusiyanın yaranma tarixindən, keçdiyi mərhələlərdən bəhs edib. Azərbaycanın beynəlxalq miqyasda hüquqa əsaslanan, güclü və ədalətli dövlət kimi tanınmasında Konstitusiyanın rolundan danışıb.

Xəbər lenti