Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın Konstitusiyasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə institutdan məlumat verilib.
Tədbirdə çıxış edən institutun baş direktoru akademik Vaqif Fərzəliyev deyib: “12 Noyabr - Azərbaycanın Konstitusiya Günü xalqın iradəsini, hüquqi və demokratik dövlət yolunda qətiyyətini təcəssüm etdirən gündür. Azərbaycan Respublikasının Konstitusiyası həm dövlətin hüquqi əsaslarını, həm də xalqın mənəvi dəyərlərini və iradəsini ifadə edir”.
Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının gənc mütəxəssisi Lalə Əliyeva “Konstitusiyamızın tarixi” adlı təqdimatla çıxış edib və Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirib.