Logo

UNEC-də Azərbaycan Respublikasının Konstitusiyası Gününə həsr olunmuş tədbir keçirilib

12.11.2025 18:34 32 baxış
IMG

UNEC-də Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə “İqtisadiyyat” kafedrasında tədbir keçirilib.

Tədbirdə kafedranın əməkdaşları h.f.d.,dosent Təranə Əliyeva, b/m.,siy.f.d. Aytən İbadova və b/m. Elza Əhmədova Konstitutsiya Günü ilə bağlı çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, müstəqil dövlətimizin əsas qanunu olan Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın iradəsini, azadlıq, bərabərlik və ədalət prinsiplərini özündə əks etdirir. Konstitusiya ölkəmizin siyasi, iqtisadi və sosial inkişafının hüquqi bazasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı kimi mühüm rol oynayır.

Tədbir iştirakçıları bildiriblər ki, hər bir vətəndaş Konstitusiyaya hörmətlə yanaşmalı, onun prinsiplərinə əməl etməklə ölkəmizin gələcəyinə öz töhfəsini verməlidir.

Xəbər lenti