Logo

“Zəfər” elm müsabiqəsinin qalibləri bəlli olub

15.11.2025 13:29 25 baxış
IMG

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında keçirilən “Zəfər” elm müsabiqəsinin final mərhələsi başa çatıb və qaliblər müəyyən edilib.

Bu barədə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

O, bildirib ki, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə təşkil olunan müsabiqənin final mərhələsində 829 məktəbli biliyini sınayıb.

Müsabiqənin yekun nəticələrinə əsasən, şagirdlərdən 20-si birinci, 27-si ikinci, 48-i isə üçüncü yerə layiq görülüb. Müsabiqənin qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfəri əbədiləşdirmək, eyni zamanda, yaradıcı təfəkkürü ilə fərqlənən istedadlı şagirdləri üzə çıxarmaq olub.

Xəbər lenti