Logo

“Bir peşənin sirri” festivalı keçirilib

14.11.2025 16:23 28 baxış
IMG

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzdə “Bir peşənin sirri” festivalı keçirilib.

Festivalın keçirilməsində məqsəd peşə təhsilinin əhəmiyyətinin artırılması, gənclərin bu sahəyə marağının təşviqi və əmək bazarının tələblərinə uyğun bacarıqların təbliğidir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Simnar Mamedov festivalın əsas məqsədləri, peşə təhsilində həyata keçirilən islahatlar və gənclərin bu sahədə rolundan danışıb. 2011-ci ildən bəri peşə təhsilinə qəbulun 113 faiz artdığını vurğulayan Simnar Mamedov 2027–2030-cu illər üçün əsas prioritetlərdən biri peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək olduğunu qeyd edib. Bildirib ki, peşə təhsili istiqamətində hər il 15 yeni təhsil proqramı hazırlanır, yeni ixtisaslar formalaşdırılır.

Rəsmi hissədə, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin birinci müavini Samir Hümbətov, Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev çıxış ediblər.

Çıxışlarda peşə təhsili müəssisələrinin əmək bazarına uyğunlaşdırılması, işəgötürənlərlə əməkdaşlıq imkanları, həmçinin gənclərin innovativ və praktik bacarıqlarının artırılması istiqamətində görülən işlər vurğulanıb.

Qonaqlar və iştirakçılar festivalda tələbələrin əl işləri, ixtisas sərgiləri ilə tanış olublar, ustad dərslərini izləyiblər.

Günün proqramı çərçivəsində ziyarətçilər üçün peşəkar ustad dərsləri və praktik təlimlər, maarifləndirici sessiyalar və karyera məsləhəti, oyunlar, viktorinalar və STEAM təqdimatları, eləcə də tələbələrin iştirakı ilə bədii kompozisiyalar və müxtəlif ixtisaslar üzrə nümayişlər təşkil olunub.

Qeyd edək ki, “Bir peşənin sirri” festivalı peşə təhsilinin cəmiyyətdə nüfuzunun artırılması, gənclərin ixtisas seçimi zamanı məlumatlılığın gücləndirilməsi və innovativ yanaşmaların təşviqi baxımından mühüm platformadır. Festivalda 10-dan çox təhsil müəssisəsi iştirak edib.

Xəbər lenti